Azərbaycan Basketbol Liqası: “Gəncə” və NTD üz üzə gəlir

08.11.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Bu gün Azərbaycan Basketbol Liqasının VI turunun A qrupunda növbəti qarşılaşma baş tutacaq.

İdman.Biz xəbər verir ki, “Gəncə” komandası öz meydanında NTD ilə qarşılaşacaq.

Görüş Gəncə Olimpiya İdman Kompleksində saat 14:00-da başlayacaq.

Hazırda “Gəncə” qrup cədvəlində beşinci, NTD isə altıncı (sonuncu) pillədə qərarlaşıb. Hər iki komandanın aktivində beş xal var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Lənkəran”ı 98:94, “Ordu” isə “Naxçıvan”ı 100:76 hesabı ilə məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью