Azərbaycan Basketbol Liqası: IV tur bu gün başlayacaq

26.11.2024

Cbcsport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Basketbol Liqasında bu gün IV tura start veriləcək.

Günün yeganə matçında "Abşeron" klubu "Naxçıvan"la üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da start götürəcək və "CBC Sport"la canlı təqdim ediləcək.

A qrupunda yer alan komandalardan Naxçıvan təmsilçisi 6 xalla ikinci pillədə qərarlaşıb. 4 xala malik "Abşeron" beşincidir.

Qeyd edək ki, turun digər matçları 29-30 noyabr və 1 dekabrda baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью