Azərbaycan Basketbol Liqası: Naxçıvan Lənkəran ı məğlub edib

17.10.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycan Basketbol Liqasının III turunda "Naxçıvan" səfərdə "Lənkəran"ı məğlub edib.

"Cebheinfo.az" xəbər verir ki, B qrupunda baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin 91:82 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun bu gün keçiriləcək digər oyununda "Ordu" "Sərhədçi" ilə üz-üzə gələcək. Bu matç saat 19:00-da start götürəcək.

Qeyd edək ki, III tura oktyabrın 19-da yekun vurulacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью