Azərbaycan Basketbol Liqası: Neftçi 6cı oyunda da məğlub olub

10.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

"Neftçi" cari mövsüm Azərbaycan Basketbol Liqasında keçirdiyi 6-cı oyunda da məğlub olub.

"Report"un məlumatına görə, A qrupunda yer alan "ağ-qaralar" VI turda "Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 83:72.

Xallarının sayını 11-ə çatdıran "Naxçıvan" 1-ci pillədə qərarlaşıb. 6 xalı olan "Neftçi" sonuncu - altıncıdır.

Qeyd edək ki, günün digər matçında "Sabah" "Sərhədçi"nin müqavimətini qırmağa çalışacaq. Turun digər oyunları 11, 13 və 14 dekabrda gerçəkləşəcək.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью