Azərbaycan Basketbol Liqası: Sabah Abşeronu məğlub edib

21.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Basketbol Liqasının VIII turunda "Sabah" "Abşeron"u məğlub edib.

"Report" xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun matçı Rimas Kurtinaytisin komandasının 94:71 hesablı qələbəsi ilə yekunlaşıb.

VIII turda bu gün daha iki oyun baş tutacaq. "Sərhədçi" İdman Mərkəzində saat 16:00-da "Naxçıvan"la "Sərhədçi" üz-üzə gələcək. "Lənkəran" isə evdə "Quba"nı qəbul edəcək. Bu görüş Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq.

Qeyd edək ki, VIII turun dünən A qrupunda keçirilən “Neftçi” - NTD görüşü "ağ-qaralar"ın 81:68 hesablı qələbəsi ilə yekunlaşıb. Tura sabah B qrupunda keçiriləcək “Gəncə” - “Ordu”, “Sumqayıt” - “Şəki” matçları ilə yekun vurulacaq.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью