Azərbaycan Basketbol Liqası: Sumqayıt Qubaya məğlub olub

30.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Basketbol Liqasının IV turunda B qrupunda "Sumqayıt" səfərdə "Quba"ya məğlub olub.

"Cebheinfo.az" xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma meydan sahiblərinin 97:83 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, IV turun noyabrın 26-da keçirilmiş "Abşeron" – "Naxçıvan" oyunu birincilərin məğlubiyyəti ilə yekunlaşmışdı - 68:72. Ötən gün isə "Ordu" klubu səfərdə "Lənkəran"ı məğlub edib - 92:55. Bu gün baş tutan "Sabah" - NTD görüşündə meydan sahibləri 110:86 hesablı qələbəyə sevinib. Turun digər matçları dekabrın 1-də baş tutacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью