Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Basketbol Liqasında XVI tura bu gün start veriləcək.
SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
"Lənkəran" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Görüş Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Sumqayıt" B qrupunda 20 xalla beşinci, "Lənkəran" 19 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.