Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Bu gün Azərbaycan Basketbol Liqasında iki matç keçiriləcək.
İdman.Biz xəbər verir ki, 15-ci turun B qrupunda bir görüş baş tutacaq.
“Lənkəran” doğma meydanda “Ordu”nu qəbul edəcək. Oyun Lənkəran Olimpiya İdman Kompleksində saat 15:00-da start götürəcək.
Turnir cədvəlində “Ordu” hazırda B qrupunda 27 xalla liderdir. 18 xala malik “Lənkəran” isə sonuncu - altıncı pillədə qərarlaşıb.
11-ci turdan təxirə salınmış oyunda isə A qrupunda NTD “Gəncə” ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək.
Turnir cədvəlində “Gəncə” A qrupunda 18 xalla dördüncü pillədədir. Sonuncu - altıncı yerdə qərarlaşan NTD-nin isə 15 xalı var.
Qeyd edək ki, 15-ci tura fevralın 1-də yekun vurulacaq.