Azərbaycan Basketbol Liqasında IV tur bu gün başlayacaq

26.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Azərbaycan Basketbol Liqasında bu gün IV tura start veriləcək.

"Report"un məlumatına görə, günün yeganə matçında "Abşeron" klubu "Naxçıvan"la üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da start götürəcək. A qrupunda yer alan komandalardan Naxçıvan təmsilçisi 6 xalla ikinci pillədə qərarlaşıb. 4 xala malik "Abşeron" beşincidir.

Qeyd edək ki, turun digər matçları 29-30 noyabr və 1 dekabrda baş tutacaq.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью