Azərbaycan Basketbol Liqasında NTD Abşeron a qalib gəlib

18.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Basketbol Liqasının XI turunda NTD "Abşeron" kollektivinə qalib gəlib.

"Report"un məlumatına görə, A qrupunun matçında birincilər 87:77 hesablı qələbəyə seviniblər.

Günün digər oyunlarında "Naxçıvan" "Neftçi" kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 16:30-da səslənəcək.

Günün son görüşündə isə "Sumqayıt" "Ordu"nu sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək B qrupunun qarşılaşması saat 19:00-da başlayacaq.

Qeyd edək ki, turun açılış matçında "Sabah" "Sərhədçi"ni 85:78 hesabı ilə məğlub edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью