Azərbaycan Basketbol Liqasında pley offun ikinci oyunlarının TƏQVİMİ

17.04.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin cavab görüşlərinin vaxtı açıqlanıb.

İdman.biz xəbər verir ki, 2 qələbəyədək keçiriləcək mərhələdə ikinci görüşlər aprelin 20-də başlayacaq.

Gəncdə yerli komanda “Şəki”ni qəbul edəcək.

Qeyd edək ki, yarımfinala gedən yola bu gün start veriləcək. Mərhələnin ilk günündə “Şəki” – “Gəncə” matçı oynanılacaq. Ertəsi gün “Neftçi” “Ordu”nu, “Sabah” “Sərhədçi”ni sınağa çəkəcək. Aprelin 19-da “Naxçıvan” – “Abşeron” görüşü ilə ilk matçlar yekunlaşacaq.

Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi
20 aprel
14:00. “Gəncə” – “Şəki”

Gəncə İdman Sarayı

21 aprel
19:00. “Sərhədçi” – “Sabah”

Sərhədçi İdman Mərkəzi

19:00. “Ordu” – “Neftçi”
Bakı İdman Sarayı

22 aprel
19:00. “Abşeron” – “Naxçıvan”

Bakı İdman Sarayı

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью