Azərbaycan Basketbol Liqasında Quba evdə Şəki ilə qarşılaşacaq

15.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan basketbol Liqasının VI turunda "Quba" doğma meydanda "Şəki" ilə qarşılaşacaq.

"Report" xəbər verir ki, B qrupunda keçiriləcək görüş Quba Olimpiya Kompleksində, saat 17:00-da başlayacaq.

"Quba" hazırda turnir cədvəlində 7 xalla beşinci yerdə qərarlaşıb. Üçüncü pillədə olan "Şəki"nin isə 8 xalı var.

Qeyd edək ki, əvvəlki qarşılaşmalarda "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81), "Gəncə" "Lənkəranı" (94:66), "Abşeron" isə NTD-ni (89:75) məğlub edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью