Azərbaycan Basketbol Liqasında sonuncu yarımfinalçı bəlli olacaq

24.04.2025

Icma.az, Cbcsport saytına istinadən bildirir.

Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gələcək.

Pley-off mərhələsinin üçüncü oyununda bu gün "Abşeron" və "Naxçıvan" münasibətlərə aydınlıq gətirəcəklər.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Tərəflər bu raundda hərəyə bir qalibiyyət əldə ediblər.

Cütün qalibi növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək. Digər yarımfinal cütündə isə "Sabah" və "Şəki" komandaları qarşılaşacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью