Azərbaycan Basketbol Liqasında üçüncü tur başlayır

18.10.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan Basketbol Liqasında üçüncü turun oyunlarına start veriləcək.

İdman.Biz xəbər verir ki, turun açılış günündə basketbol həvəskarları iki qarşılaşmanın şahidi olacaqlar.

Milli Gimnastika Arenasında təşkil olunacaq ilk görüşdə “Naxçıvan” və “Gəncə” komandaları üz-üzə gələcəklər. Bu matç saat 15:00-da başlayacaq.

Günün ikinci qarşılaşmasında isə “Neftçi” “Sumqayıt”ı sınağa çəkəcək. Oyunun start fiti saat 18:00-da səslənəcək.

Turun proqramına oktyabrın 19-da “Sabah” və NTD arasında keçiriləcək görüşlə davam ediləcək.

Qeyd edək ki, “LANDAU Lions” və “Ordu” komandalarının qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью