Azərbaycan Basketbol Liqasında VIII tura bir oyunla start veriləcək

20.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Basketbol Liqasında VIII tura bu gün bir oyunla start veriləcək.

“Report”un məlumatına görə, A qrupunda “Neftçi” NTD ilə üz-üzə gələcək.

“Sərhədçi” İdman Mərkəzində keçiriləcək görüş saat 20:00-da başlayacaq. Hazırda “Neftçi” qrupda 5-ci, NTD isə 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın 8 xalı var.

Qeyd edək ki, VIII turun digər oyunları dekabrın 21-22-də keçiriləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью