Azərbaycan Basketbol Liqasında XIII başlayır

31.01.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasında XIII tura bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə A qrupunda iki qarşılaşma keçiriləcək.

"Sərhədçi" - "Naxçıvan" və "Abşeron" - "Sabah" matçları saat 19:00-da start götürəcək. Oyunlar müvafiq olaraq "Sərhədçi" İdman Mərkəzində və Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşəcək.

"Sabah" 12 turdan sonra 22 xalla A qrupunda liderdir. "Naxçıvan" 20 xalla ikinci, "Abşeron" 17 xalla üçüncü, eyni xala malik "Sərhədçi" beşincidir.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью