Azərbaycan Basketbol Liqasında XIV tura bir oyunla start veriləcək

04.02.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasında XIV tura bu gün bir oyunla start veriləcək.

"Report"un məlumatına görə, A qrupunda "Abşeron" "Naxçıvan"la üz-üzə gələcək.

Abşeron Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 19:00-da səsləndiriləcək. Hazırda "Naxçıvan" qrupda 22 xalla ikincidir. Üçüncü olan "Abşeron"un 19 xalı var.

Qeyd edək ki, turun digər görüşləri fevralın 5-8-i aralığında keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью