Azərbaycan Basketbol Liqasında yarımfinalın növbəti iştirakçısı bəlli olub

22.04.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında yarımfinala yüksələn növbəti komanda məlum olub.

AZƏRTAC xəbər verir ki, “Şəki” və “Gəncə” kollektivləri seriyanın üçüncü oyununda qarşılaşıblar. Şəki Olimpiya İdman Kompleksində keçirilən görüş meydan sahiblərinin 85:83 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da seriyada rəqibinə 2:1 hesabı ilə qalib gələn “Şəki” yarımfinalda “Sabah”a rəqib olub.

Digər matçda isə "Abşeron" və "Naxçıvan" komandaları üz-üzə gələcək. Bakı İdman Sarayında reallaşacaq görüş saat 19:00-da başlayacaq.

Bu cütün qalibi isə finala gedən yolda “Neftçi” ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью