Icma.az, Report.az portalına istinadən məlumat verir. Azərbaycan Basketbol Liqasının XII turunda “Gəncə” “Quba” üzərində qələbə qazanıb.
“Report”un məlumatına görə, Gəncə İdman Sarayında keçirilən B qrupunun matçında meydan sahibləri üstün olub - 96:78.
Qeyd edək ki, XII turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Sərhədçi"ni 86:79, "Sabah" "Neftçi"ni 75:65, “Sumqayıt” “Lənkəran”ı 93:90, NTD “Naxçıvan”ı 95:70 hesabı ilə məğlub edib.
Tura yanvarın 26-da “Şəki” - “Ordu” matçı ilə yekun vurulacaq. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.