Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu

22.11.2024

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Azərbaycanın kişilərdən ibarət basketbol millisi bu gün DÇ-2027-nin Avropa zonasının 1-ci seçmə mərhələsində 3-cü oyununa çıxıb.

QOL.az xəbər verir ki, yığmamız səfərdə İrlandiya ilə qarşılaşıb. Dublindəki Milli Basketbol Arenasında keçirilən görüş İrlandiyanın 91:67 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunun digər matçında İsveçrə Kosovonu sınağa çəkəcək.

DÇ-2027, Avropa zonası, seçmə mərhələ

A qrupu

3-cü tur

21 noyabr

21:00. İrlandiya - Azərbaycan - 91:67

22:30. İsveçrə - Kosovo

Xallar: İsveçrə - 4 (2 oyun), İrlandiya - 4 (3 oyun), Azərbaycan - 4 (3 oyun), Kosovo - 3 (2 oyun)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью