Azərbaycan basketbol millisi İsveçrə ilə oyuna ciddi itkilərlə çıxacaq

11.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 noyabr, AZƏRTAC

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində İsveçrə yığmasına qarşı oyuna ciddi itkilərlə çıxacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz məlumat verib.

O, Aleksandra Mollenhauer və Arika Karterin bugünkü görüşdə oynamayacağını bildirib: “Mollenhauerin səhhətində müəyyən problemlər var. Bildiyiniz kimi, Karter isə Yunanıstan təmsilçisi “Panatinakos”da çıxış edir. Sıx oyun təqviminə görə Bakıya gələ bilmədi. İkinci matçda isə bizimlə olacaq”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək Azərbaycan – İsveçrə görüşü saat 15:00-da başlayacaq.

Müxbir – Cavid Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью