Azərbaycan basketbol millisi Serbiyaya yollanır

02.11.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycanın U-14 basketbol millisi Serbiyada təlim-məşq toplanışına qatılacaq.

Bu barədə AZƏRTAC-a kişi basketbolçulardan ibarət milli komandaların meneceri Fərid Əmirov məlumat verib.

O, Bedri Meriçin rəhbərlik etdiyi yığmanın noyabrın 18-dən 22-dək Belqrad şəhərində hazırlıq keçəcəyini qeyd edib: “Burada üç yerli komanda ilə yoxlama görüşləri keçirəcəyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью