Azərbaycan bayrağına hörmətsizlik edildi VİDEO

16.10.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sorasupercars" sosial media hesabı tərəfindən Azərbaycan bayrağına hörmətsizlik edilib. 

Bakıvaxtı.az xəbər verir ki, süni intellektlə hazırlanmış videoda avtomobil, modelin açıq-saçıq geyimi, çantası və hətta ayaqqabısı Azərbaycan bayrağının rənglərində təsvir olunub. Bu isə izləyicilərin etirazına səbəb olub. Onlar səhifəni uğrunda şəhid qanı axıdılan milli simvola hörmətsizlikdə ittiham ediblər. 

Video əvvəlcə "Azərbaycan" həşteqi ilə paylaşılsa da, etirazlardan sonra açıqlama verilərək bildirilib ki, bu, Azərbaycan bayrağının rəngləri deyil, təsadüfən oxşar rənglərdir. 

Qeyd edək ki, səhifə "Mətanət Əhmədova" adlı şəxsə məxsus göstərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью