Azərbaycan bazarı idxaldan asılı qalıb

27.11.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan 2026-cı ilin yanvar–oktyabr aylarında Çindən 3 milyard 782 milyon dollarlıq mal/məhsul alıb - Çinə cəmi 89 milyon dollarlıq mal satıb. Eyni dövrdə ABŞ -dan 722 milyon dollarlıq mal almışıq, 107 milyon dollarlıq mal satmışıq”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. Ekspert qeyd edib ki, böyük ölkələri anlamaq olar:

“Amma, məsələn, Belarusdan 345 milyon dollarlıq mal almışıq, cəmi 64 milyon dollarlıq mal satmışıq. İrandan 498 milyon dollarlıq mal almışıq, amma cəmi 26 milyon dollarlıq mal satmışıq. Yəni qonşu ölkələr bizdən neft/qaz almırsa, həmən ticarət balansının mənfi saldosu artır, Belarusa, İrana belə mal sata bilmirik, amma ordan ərzaq daxil hər şey alırıq. Bu da təriflədikləri "qeyri-neft" sektoru”.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью