Azərbaycan bazarında texniki kartof təhlükəsi: “İnsan orqanizmi üçün təhlükəlidir”

29.01.2026

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gündəlik istehlak səbətində əsas yer tutan ərzaq məhsullarından biri kartofdur. Azərbaycan kartofa olan tələbatını təkcə yerli istehsal hesabına ödəyə bilmir. Bu səbəbdən bazarlarda, mağazalarda yerli istehsalla yanaşı, xaricdən idxal olunmuş məhsullar da satılır. Məlumata görə, Azərbaycan kartofu daha çox Türkiyə, Gürcüstan, Pakistan, İran, Rusiya kimi ölkələrdən idxal edir.

Bizimyol.info xəbər verir ki, son vaxtlar bazarlarda texniki kartofun satılması barədə məlumatlar yenidən narahatlıq yaradıb. Bazarlardakı satıcıların əksəriyyəti satdıqları kartofun növündən xəbərsiz olsalar da, ümumi şəkildə “texniki kartof satmadıqlarını” deyirlər.

Texniki kartof daha çox Rusiya və başqa ölkələrdə heyvan yemi kimi istifadə olunur. Həmçinin sənayedə istifadə məqsədilə becərilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi satışda olan ərzaq məhsullarına nəzarət olunduğunu iddia etsə də, kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli vətəndaşlara yenə də diqqətli olmağı tövsiyə edir.

Mütəxəssis texniki kartofun ziyanlı tərəflərini də izah edib: “Əslində texniki sort kartof spirt, kraxmal, plastmas istehsalında, yemlik sort kartof isə heyvandarlıqda şirəli yem kimi istifadə üçün nəzərdə tutulur. Texniki və yemlik sort kartofların məhsuldarlığını artırmaq məqsədilə istehsal zamanı zəhərli kimyəvi maddələrdən, pestisidlərdən daha çox istifadə edilir. Ona görə də onların həcmi böyük (1 ədəd 400-700 qram) olur. Həmin məhsuldan qida kimi istifadə etmək insan orqanizmi üçün çox təhlükəlidir”.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью