Azərbaycan BƏƏ əlaqələri qarşılıqlı etimad üzərində qurulub ŞƏRH EDİLDİ

03.02.2026

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Prezidenti İlham Əliyev ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında Əbu-Dabidə baş tutan görüş iki ölkə münasibətlərinin artıq strateji tərəfdaşlıq mərhələsinə yüksəldiyini göstərir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.Onun sözlərinə görə, Azərbaycan–BƏƏ əlaqələri uzun müddətdir ki, qarşılıqlı etimad və siyasi dialoq üzərində qurulub:"Xüsusilə son illər liderlər səviyyəsində intensiv təmaslar, beynəlxalq platformalarda bir-birinə verilən açıq dəstək və regional məsələlərdə oxşar mövqelər münasibətlərin möhkəm təmələ söykəndiyini təsdiqləyir.İqtisadi əməkdaşlıq bu münasibətlərin əsas sütunlarından biridir. Enerji, bərpa olunan enerji mənbələri, investisiya, nəqliyyat və logistika sahələrində BƏƏ şirkətləri Azərbaycanda fəal iştirak edir, eyni zamanda Azərbaycan da Körfəz regionunda etibarlı tərəfdaş kimi qəbul olunur. Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma layihələrinə BƏƏ-nin maraq göstərməsi münasibətlərin yalnız ticarət yox, uzunmüddətli inkişaf perspektivinə əsaslandığını göstərir. Bu baxımdan Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri münasibətləri hazırda yüksək siyasi etimad, güclü iqtisadi maraqlar və ortaq strateji baxış üzərində formalaşan sabit və dərin tərəfdaşlıq səviyyəsində qiymətləndirilə bilər".

Müəllif: Arzu Qurbanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью