Azərbaycan Belarus oyununda 1 dəqiqəlik sükut

25.03.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan milli Belarusla bugünkü yoldaşlıq oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Açıqlamada görüşdən əvvəl Çingiz İsmayılovun xatirəsinin bir dəqiqəlik sükutla yad ediləcəyi bildirilib: "Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün "Bank Respublika Arena"da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq".

Qeyd edək ki, oyun saat 21:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью