Azərbaycan Benin və Qanadan keşyu fındığı almağa başlayıb

13.11.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 2,3 milyon ABŞ dolları dəyərində 282 ton keşyu fındığı idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 28 % çoxdur.

Hesabat dövründə Azərbaycana Vyetnamdan 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 62 % çox) 229 ton (+26 %), Qanadan 202 min ABŞ dolları dəyərində 25 ton, Hindistandan 137 min ABŞ dolları dəyərində (-44 %) 17,3 ton (-45 %), Benindən 92,5 min ABŞ dolları dəyərində 11,3 ton, Almaniyadan 1,5 min ABŞ dolları dəyərində (+20 %) 0,1 ton (+71 %) məhsul gətirilib.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Benindən və Qanadan tədarük həyata keçirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью