Azərbaycan benzini qalmaqalı: Ermənistanda KONKRET

27.01.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

CPS qiyməti endirmir, alıcını məlumatlandırmır

Ermənistan mediası ölkədə yanacaq qalmaqalı ilə bağlı məlumat yayıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Ermənistanda iri yanacaqdoldurma şəbəkələrindən sayılan CPS-in böyük həcmdə Azərbaycan istehsalı benzin aldığı bildirilib. Lakin şəbəkə bu benzini məntəqələrində əvvəlki qiymətlə — litrini 530 dramdan satmaqda davam edir.

Məlumata görə, eyni məhsulu alan digər yanacaqdoldurma məntəqələri isə premium benzini 440 dramdan təklif edir. Bu vəziyyət bazarda ciddi qiymət fərqi yaradıb və CPS-in satış siyasətinə dair sualları artırıb.

İddialarda vurğulanır ki, problem təkcə bahalı satışla məhdudlaşmır. CPS məntəqələrində satılan yanacağın Azərbaycan istehsalı olması alıcıya açıq şəkildə təqdim edilmir, yəni məhsulun mənşəyi barədə aydın məlumat verilmir. Bu isə istehlakçının məlumatlandırılması və seçim hüququ baxımından narahatlıq doğurur.

Qeyd edilir ki, rəsmi açıqlamalarda Azərbaycan benzininin daha ucuz qiymətə bazara çıxarıldığı bildirilir. Ancaq CPS-in həm qiyməti dəyişməməsi, həm də məhsulun mənşəyini açıq göstərməməsi alıcıları çaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью