Icma.az, Unikal.az saytına istinadən bildirir.
"Azərbaycandan idxal edilən benzinin Ermənistandakı qiymətlərə təsiri yanvar ayında baş verən inflyasiyada özünü göstərəcək".
"Unikal" xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan deyib.
Qalastyan bildirib ki, oxşar məhsulların sayı olduqca məhdud olduğundan, hələlik təhlil olunmur: "Buna baxmayaraq, benzin idxalının müəyyən təsirlərini görəcəyik, amma inanıram ki, bu təsirlər əhəmiyyətli olmayacaq".
Onun sözlərinə görə, əgər sərhədlər açıq olarsa, mal və xidmətlərin idxal və ixrac baxımından sərbəst hərəkəti olarsa, bu, ölkəyə müsbət təsir göstərəcək.
Ağarza Elçinoğlu