Azərbaycan beynəlxalq aləmdə yeni donor ölkəsi kimi tanınır Nazir müavini | Icma.az
Anews portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan indiyə qədər 140 dan çox xarici dövlətə, o cümlədən Qoşulmama Hərəkatının 100-dən artıq İslam Əməkdaşlıq Təşkilatının 50-yə yaxın üzvünə, 46 ən az inkişaf etmiş dövlətdən 43-nə, Afrikanın demək olar bütün dövlətlərinə, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin yarıdan çoxuna, Korip hövzəsi ölkələrinin böyük əksəriyyətinə humanitar, maliyyə və texniki yardımlar göstərib.
Bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib. "Prezidentin iradəsi və müəyyən etdiyi siyasət hədəflərimizə uyğun olaraq dünya bi
Sistemli və məqsədyönlü şəkildə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan əsaslı siyasi və iqtisadi inkişaf beynəxalq
Qoşulmama Hərəkatına sədrliyimiz, covid19 və hazırda davam edən COP29 sədrliyimiz çərçivəsində son illərdə xüsusilə inkişaf edən donorluq fə
Bu baxımdan Azərbaycan Respublikası beynəxalq ictimaiət tərəfindən artıq yeni donor ölkəsi kimi tanınır.
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi milli donor institutu kimi beynəxalq miqyasda əhəmiyyətli işlər görür.
Beynəxalq yardım fəaliyyətinin əsas məqsədi dünyanın müxtəlif bölgələrində, xüsusilə inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılması, elmin, mədəniyyətin və səhiyyənin inkişafı,rabitə və informasiya texnologiyalarının tətbiqi, enerji resurslarından səmərəli istifadə, insan kapitalının artırılması, iqtisadiyyatın inkişafıdır", - nazir müavini dekabrın 11-də "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.
Tam oxu
Xəbəri oxu