Azərbaycan beynəlxalq festivalda təmsil olunub

19.12.2024

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveçrənin Pratteln şəhərində sayca 20-ci dəfə "Birlikdə qeyd edək" adlı multikultural festival keçirilib. Festivalda Azərbaycan, Albaniya, Finlandiya, İspaniya, Peru, Portuqaliya və digər ölkələrin milli rəqsləri nümayiş olunub.

"Azərbaycanın Dostları" Birliyinin nəzdindəki "Buta" rəqs dərnəyinin yeniyetmələrdən ibarət qrupunun çıxışı böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb. Çıxışın sonunda qrup üzvlərinə kiçik hədiyyələr təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью