Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi ilə İƏT arasında memorandum imzalanıb

08.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında memorandum imzalanıb.

“Report” xəbər verir ki, bu barədə agentlik sosial şəbəkədə bildirib.

Məlumata görə, sənəd tərəflərin birgə inkişaf layihələri və humanitar yardım üzrə əməkdaşlığını nəzərdə tutur.

"Bu tərəfdaşlıq bir neçə sahə üzrə əməkdaşlığı genişləndirmək və İƏT-ə üzv dövlətlərin xeyrinə nəzərəçarpacaq nəticələr əldə etmək məqsədi daşıyır", - paylaşımda vurğulanıb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью