Azərbaycan beynəlxalq investisiya və inkişaf fondlarına kapital qoyuluşunu 8 dəfəyə yaxın artırıb

27.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən ölkəmizin həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycanın payının maliyyələşdirilməsinə 243,1 milyon manat vəsait ayrılacaq.

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 7,95 dəfə çoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью