Icma.az, Ses qazeti saytına istinadən bildirir. Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müs
Səsləndirilən fikirlər ölkəmizin beynəlxalq arenada yerinin möhkəmləndirilməsi və qlobal məsələlərdə fəal iştirakının əhəmiyyətini ortaya qo
Son illərdə iqtisadiyyatın inkişafı və maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində atılan addımlar öz bəhrəsini verir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın ümumi daxili məhsula nisbətdə xarici borcunun 6,9 faiz olduğunu açıqlayaraq, bunun ölkənin iqtisadi müstəqilliyinin göstəricisi olduğunu diqqətə çatdırıb: “Biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq.
Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq.
Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”.
Dünya maliyyə böhranı bir çox dövlətlərin iqtisadiyyatını sarsıtmaqda davam edir.
Buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatında etibarlı tərəfdaş kimi tanınır.