Azərbaycan beynəlxalq turizm sərgisində iştirak edəcək

28.01.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan martın 18-20-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək “MITT 2025” ("Moscow International Travel & Tourism") 31-ci beynəlxalq turizm və səyahət sərgisində iştirak edəcək. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

MITT sərgisi MDB məkanında aparıcı turizm tədbiri sayılır, Rusiyadan və digər ölkələrdən olan turizm agentlərinə və turoperatorlara birbaşa əlaqə yaratmağa şərait yaradır, iştirakçılara məhsullarını geniş hədəf auditoriyasına çıxarmağa, satışın həcmini və qlobal əhatəsini artırmağa imkan verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью