“Azərbaycan bir daha nümayiş etdirir ki, sülh gündəliyi dəyişməz olaraq qalır“ ŞƏRH

23.07.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ceyhun Bayramovun “Azərbaycanla Ermənistan arasında sülh de-fakto artıq mövcuddur” fikri, ilk növbədə, bölgədə hərbi qarşıdurmanın dayanmasına və tərəflər arasında münasibətlərin tədricən normallaşmasına işarə edir”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, son dövrdə sülh sazişinin mətninin böyük ölçüdə razılaşdırılması, sərhədlərin delimitasiyası istiqamətində əldə olunan nəticələr və birbaşa dialoqun davam etməsi göstərir ki, tərəflər artıq müharibə mərhələsindən siyasi nizamlanma mərhələsinə keçiblər:

”Bununla belə, hüquqi baxımdan yekun sülh sazişinin imzalanması hələ də mühüm əhəmiyyət daşıyır. Məhz bu sənəd münasibətlərin beynəlxalq hüquq müstəvisində tam rəsmiləşdirilməsini təmin edə və gələcək riskləri minimuma endirə bilər.

Bu açıqlamanın Moskvada Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında səsləndirilməsi də siyasi baxımdan diqqət çəkir. Bununla Azərbaycan bir daha nümayiş etdirir ki, sülh gündəliyi dəyişməz olaraq qalır və ölkə regional sabitliyin təmin olunmasında maraqlıdır. Eyni zamanda, rəsmi Bakı Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik modelinin yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşması ilə mümkün olacağını vurğulayır. Sülh prosesinin qalan mərhələləri də uğurla başa çatarsa, bu, nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsinə, iqtisadi əməkdaşlığın artmasına və bütövlükdə Cənubi Qafqazın daha sabit və proqnozlaşdırılan geosiyasi məkana çevrilməsinə mühüm töhfə verə bilər”.

Müəllif: Günay Hacıyeva

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

Azərbaycan Milli Mətbuatının 151 illiyi ölkəmizdə böyük təmtəraqla qeyd edilir - MƏQALƏ

Siyasət

İlham Əliyev Misir Prezidentini təbrik edib

Siyasət

“Müasir dövrdə əsas prioritet əmək bazarının real tələblərə uyğun şəkildə planlaşdırılmasıdır” - SOSİOLOQ DANIŞDI

Siyasət

Azərbaycan–Almaniya münasibətləri: Strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi - MƏQALƏ

Siyasət

Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb

Siyasət

Milli Mətbuat Günü: Müasir Jurnalistikanın Vətəndaşlıq Missiyası və İnformasiya Cəbhəsi

Siyasət

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır

Siyasət

İlham Əliyevin Almaniyaya rəsmi səfəri beynəlxalq mediada...

Siyasət

“Almaniya bu açıqlamanı Rusiyanın təbliğatının bir hissəsi kimi görür”

Siyasət

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir

Siyasət

"Prezidentin Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin güclənməsinə imkan verəcək" - ŞƏRH

Siyasət

"Almaniya üçün Azərbaycan regional sabitlik baxımından strateji tərəfdaşa çevrilib" - ŞƏRH

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью