Azərbaycan bir neçə ölkə ilə viza rejimini LƏĞV ETDİ

25.11.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclis Azərbaycanla bir sıra ölkələr arasında ümumvətəndaş, diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişləri təsdiq edib.

"Cebheinfo.az" xəbər verir ki, bu məsələlər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

İclasda Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş, Anqola, Cibuti, Surinam Respublikaları Hökumətləri arasında diplomatik və xidməti, Bəhreyn Krallığı Hökuməti arasında diplomatik, Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi, Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələri səsə qoyularaq qəbul edilib.

Vilayət Muxtar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью