Azərbaycan bizim qardaşımızdır Çavuşoğlu

31.10.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlu Azərbaycanın Türk Dövlətləri Təşkilatında xüsusi rolunu vurğulayaraq, ölkəmizi Türkiyənin qardaşı və tərəfdaşı adlandırıb.

Axar.az Korrekt.az-a istinadla xəbər verir ki, bu fikirləri Ankarada keçirilən Türk Dünyası Dialoq Forumunda səsləndirib.

Mövlud Çavuşoğlu bildirib ki, bu forum türk dövlətləri arasında qardaşlığın, dostluğun və birliyin təcəssümüdür. Onun sözlərinə görə, tədbir təkcə türk dünyasının deyil, bütövlükdə dünyanın diqqət mərkəzindədir.

Millət vəkili türk dövlətlərinin böyük potensialına diqqət çəkərək qeyd edib ki, bu ölkələrin iqtisadi imkanları və siyasi gücü kifayət qədər yüksəkdir.

“Bütün türkdilli ölkələrin potensialı olduqca böyükdür. Bu ölkələrin iqtisadi gücü göz önündədir. Biz həm iqtisadi, həm də siyasi gücə sahibik. Bütün türk dövlətlərinin birlikdə çalışması yeni imkanlara yol açır”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

O, türk dövlətləri arasında keçirilən görüşlərin və əməkdaşlığın əhəmiyyətinə də toxunaraq bildirib ki, hər yeni görüş münasibətlərin inkişafı üçün əlavə imkanlar yaradır.

Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı mövqeyinə xüsusi diqqət çəkən Mövlud Çavuşoğlu ölkəmizin türk dünyasının birliyində mühüm yer tutduğunu qeyd edib:

“Azərbaycan bizim tərəfdaşımızdır, qardaşımızdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью