Azərbaycan biznesindən Özbəkistanda yeni həmlə

21.09.2026

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın ofis mebeli sektorunda fəaliyyət göstərən ERZ Ofis Mebelləri ("ERZ Mebel" MMC) Özbəkistanda yeni filialını istifadəyə verib.

Marja.az xəbər verir ki, yeni filialın açılışı ilə bağlı sosial şəbəkələrdə görüntülər və məlumatlar paylaşılıb. Açılış mərasimində şirkətin yerli bazarda fəaliyyətə başlaması qeyd olunub.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sahibkar Şirzad Mustafayev də paylaşımında ERZ Ofis Mebellərinin Özbəkistandakı yeni filialının açılması münasibətilə Zaur, Rəşad və Elçini təbrik edib.

“Allah yollarını açıq, işlərini bərəkətli etsin. Özbəkistanda Azərbaycan sahibkarlarının uğurla fəaliyyət göstərməsi bizim üçün böyük qürurdur”, – paylaşımda bildirilib.

Şirkətin Özbəkistandakı sosial şəbəkə hesabında filialın Daşkənd şəhərinin Olmazor rayonunda, Nurafshon küçəsi 50 ünvanında yerləşdiyi göstərilir.

ERZ Azərbaycanda ofislər, klinikalar və digər biznes obyektləri üçün mebel və B2B həlləri təqdim edir. Şirkətin öz internet səhifəsində yer alan məlumata görə, ERZ 20 ildən artıqdır bazarda fəaliyyət göstərir və 6 300-dən çox müştəriyə xidmət göstərib.

ERZ-in Özbəkistan bazarına daxil olması Azərbaycan bizneslərinin Mərkəzi Asiya istiqamətində coğrafi genişlənməsinin daha bir nümunəsi kimi qiymətləndirilə bilər. Xüsusilə Daşkənddə biznes mərkəzlərinin, xidmət sektorunun və kommersiya daşınmaz əmlakının inkişafı ofis mebeli, interyer və korporativ təchizat şirkətləri üçün yeni satış imkanları yaradır.

Şirkət üçün yeni filial yalnız pərakəndə satış nöqtəsi deyil, Özbəkistanda korporativ sifarişlər, ofislərin kompleks təchizatı və B2B layihələr üzrə fəaliyyətin genişləndirilməsi baxımından da əhəmiyyətli ola bilər.

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью