Azərbaycan BMT nin üzvlük haqqını tam ödədi

23.01.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Azərbaycan BMT-nin 2025-ci ilin büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

F.Haq bildirib ki, son bir həftədə Azərbaycanla yanaşı, Avstraliya, Finlandiya, İrlandiya, Niderland, İsveç və Ukrayna BMT-nin bu ilin büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.

Bu günə qədər ölkəmizlə yanaşı, BMT-yə üzv olan daha 24 dövlət ödənişi həyata keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью