Azərbaycan BMT Turizmin İcraiyyə Şurasına üzv seçilib

07.06.2025

Icma.az bildirir, Sia Az portalına istinadən.

BMT Turizmin Avropa Regional Komissiyasının iyunun 5-6-da Bakıda keçirilən 71-ci iclasında Azərbaycan 2025-2029-cu illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib.

SİA xəbər verir ki, Avropa Regional Komissiyası üzrə İcraiyyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə 9 ölkə arasından Azərbaycanla yanaşı, Sloveniya, Fransa, Xorvatiya və Yunanıstanın 2025-2029-cu illər üçün namizədlikləri təsdiq olunub.

Qeyd edək ki, Azərbaycan 2013-2017-ci, 2017-2021-ci və 2023-2025-ci illərdə təşkilatın İcraiyyə Şurasına üzv olub, 2017-ci ildə isə İcraiyyə Şurasına sədr seçilib.

Tədbirin sonunda müzakirələr nəticəsində Avropa Regional Komissiyasının növbəti 72-ci iclasının Maltada keçirilməsi qərarı təsdiq olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью