Azərbaycan BMTnin Sivilizasiyalar Alyansının 10cu Qlobal Forumunda təmsil olunacaq

26.11.2024

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) noyabrın 25-27-i Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək 10-cu Qlobal Forumunda iştirak edəcək.

Dövlət Komitəsindən bildiriblər ki, tədbirdə UNAOC-un Dostlar Qrupunun 160 üzvünün, siyasi liderlərin, beynəlxalq və regional təşkilatların nümayəndələrinin, dini liderlərin və din xadimlərinin iştirakı nəzərdə tutulur.

Forumda “Sülh birliyi: İnamın bərpası, gələcəyin yenidən qurulması: bəşəriyyət naminə iyirmi illik dialoq ətrafında müzakirələr” mövzusunda dünyada etimad və həmrəyliyin bərpa edilməsinə, sülhə və təhlükəsizliyə dair qlobal problemlərin müzakirəsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью