Azərbaycan boks millisi Gürcüstandakı yarışda 10 idmançı ilə təmsil olunacaq | Icma.az
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 4 iyun, AZƏRTAC İyunun 5-də Gürcüstanda gənc boksçular arasında beynəlxalq turnir start götürəcək.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov turnirdə Bilalhəbaşi Nəzərov, Nihat Qasımov (hər ikisi 50 kiloqram), Zidan Hümbətov (55 kiloqram), Sübhan Babayev (57 kiloqram), Bagir Əmirxanlı, Tamerlan Əlimzanov (hər ikisi 60 kiloqram), Vaqif Hacıyev (65 kiloqram), Rza Rzayev (75 kiloqram), Hüseyn Hüseynli (90 kiloqram), Məhəmməd Cəfərova (+90 kiloqram) şans verəcək.Yarışda Fərhad Rəhmanov ölkəmizi hakim kimi təmsil edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu