Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

09.06.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Anar Babanlı hakimlər üzrə ekspert imtahanından uğurla keçib.

Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, o, bu nailiyyətə Taylandın paytaxtı Banqkokda gənclər arasında baş tutan Olimpiya Təsnifat Kubokunda imza atıb.

“World Boxing” lisenziya xarakterli yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini, Babanlının bundan sonra hakimlərin işini qiymətləndirəcəyini açıqlayıb. Bu, Azərbaycan boks tarixinə ilk kimi düşüb.

Anar Babanlı “Tokio-2020” Yay Olimpiya Oyunlarında, 2 dünya, 10-dan çox Avropa və Asiya çempionatlarında referilik edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью