Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan boks yığması Polşa ilə qarşılaşacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Kişi boksçulardan ibarət Azərbaycan millisi Polşaya yollanıb.
QOL.az xəbər verir ki, komanda noyabrın 15-də Krakovda boks gecəsinə qatılacaq.
Boksçularımız Polşada yerli yığma ilə yoldaşlıq görüşünə çıxacaq. Məşqçilər Etibar Abdullayevlə Ceyhun Əbiyev döyüşlərdə Nicat Hüseynov, Kənan Babayev (hər ikisi 55 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Malik Həsənov (65 kq), Mehdi Həsənov (70 kq), Şəmsi Şahbazov (75 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.
Qeyd edək ki, millimiz Bakıya noyabrın 18-də qayıdacaq.