futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Trabzon şəhəri 15 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək. Oktyabrın 18-dən 25-dək təşkil olunacaq mötəbər yarışda Azərbaycan yığması da iştirak edəcək.
Futbolpress.az xəbər verir ki, qitə birinciliyində ölkəmizi ümumilikdə 21 boksçu təmsil edəcək.
Oğlanların yarışında Hüseyn Rəhimli (40 kq), Hümbət Almazov (42 kq), Ələkbər Məmmədli (44 kq), Əlimədəd Qədirli (46 kq), Müslim Ələkbərov (48 kq), Niyaməddin Tağızadə (50 kq), Sənan Nəsibli (52 kq), Sadiq Xəlilov (54 kq), Yusif Əli (57 kq), Sunay Əzimov (60 kq), Nazim Qazıyev (63 kq), Rafael Abbasov (66 kq), Sərxan Haxverdiyev (70 kq), Həsən Lütfəliyev (75 kq), Fərhad Əhmədli (80 kq), Teymur Tanrıverdiyev (90 kq) və Hüseyn Aydəmirli (+90 kq) medal uğrunda rinqə çıxacaqlar. Qızlar arasında isə Aişə Muradova (48 kq), Nuray Qafarova (50 kq), Veysilə Əliyeva (54 kq) və Gülay Ocaqova (57 kq) mübarizə aparacaqlar.
Həmçinin yarışın ədalət təmsilçiləri arasında azərbaycanlı hakimlər Stanislav Krılov və Məsməxanım Səlimova da yer alacaqlar.