Azərbaycan boksçuları Budapeştdə Avropa çempionatında mübarizə aparacaq

21.11.2025

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Noyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

Doğru.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi 11 idmançı ilə təmsil olunacaq. Kişilər arasında Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tağı Nəsibov (60 kq), Əli Abdullayev (65 kq), Nicat Əlirzayev (70 kq), Fərhad Şeydayev (75 kq) və Səbuhi Əlizadə (+90 kq) mübarizə aparacaq.

Qadınlar arasında isə Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) rinqə çıxacaq.

Yarışda hakimlər sırasında Azərbaycanın beynəlxalq dərəcəli referisi Qalib Əbiyev də yer alacaq.

Milli komanda bu gün Macarıstana yollanıb və Bakıya noyabrın 30-da qayıdacaq.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью