Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

28.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 28 sentyabr, AZƏRTAC

Çinin Sincan-Uyğur Muxtar Rayonunda boks üzrə böyüklər və gənclər (U-19) arasında beynəlxalq “Kəmər və Yol” turniri keçirilib.

Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda iştirak edən Azərbaycan milli komandaları 2 qızıl, 3 gümüş, 5 bürünc olmaqla 10 medal qazanıblar.

Dünya çempionatına hazırlaşan U-19 yığmasının heyətində Nihat Qasımov (55 kiloqram) və Səftər Məmmədzadə (+90 kiloqram) turnirin qalibi olublar. Heydər Əzməmmədov (85 kiloqram) gümüş, Əli Baxışov (60 kiloqram), Renat Qiyaslı (80 kiloqram) və Zaur Səmədov (90 kiloqram) bürünc medala yiyələniblər.

Əsas komandanın heyətində isə Tural Sarıyev (55 kiloqram) ilə Sərxan Əliyev (70 kiloqram) ikinci, Zəlimxan Süleymanov (55 kiloqram) və Zaur Qəhrəmanov (65 kiloqram) üçüncü yeri tutublar.

Qeyd edək ki, Azərbaycan boksçuları Çində yarışdan öncə 26 ölkənin iştirakı ilə beynəlxalq təlim-məşq toplanışına da qatılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью