Статья не опубликована
Azərbaycan boksçuları Macarıstanda keçirilən beynəlxalq turniri üç medalla başa vurublar | Icma.az

Azərbaycan boksçuları Macarıstanda keçirilən beynəlxalq turniri üç medalla başa vurublar

25.03.2025

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turniri üç medalla başa vurublar.

AzNews.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Kruzito Kovaçı (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Tural Sarıyevlə (50 kq) Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью